Bunquran adaları (Natuna; ) — Cənubi Çin dənizində, İndoneziyaya məxsus olan ada. İndoneziyanın ən şimal arxipelaqlarından biridir. Sahəsi 1300 km²-dir. Əhalisi 100 000 nəfəre təşkil edir. Əhalisinin əksəriyyəti müsəlmandırThe Natuna Islands: Geographically Malaysian, politically Indonesian , mstar.com.my. 7 December 2013 (in Malay).

Arxipelaqa daxil olan adalar: Bunquran-Besar, Subi-Besar, Laut, Serasan, Miday. Adalar qranittdən təşkil olunmuşdur. Bunquran-besar adasının mərkəzində 959 m hündürlüyü olan zirvə yerləşir. Ekvatorial iqlimə malikdir. İl ərzində 2000 mm yağıntı düşür. Rütubətli, həmişəyaşıl tropik meşələrlə örtülüdür. Adalarda kokos palması, çəltik, qarğıdalı əkilir.

İnzibati cəhətdən İndoneziyanın Kepulapuan vilayəti, Natuna dairəsinə daxildir. İstinadlar

Kateqoriya:İndoneziya adaları Kateqoriya:Cənubi Çin dənizi adaları Kateqoriya:1999-cu ildə yaranmış dövlətlər və ərazilər