«Dəmirdən adam» (, Çou Lyanxuan; ) — 1972-ci ildə Çjan Çe və Pao Syueli tərəfindən çəkilən Honkonq döyüş filmi. Filmin sikveli həmin il çəkilən Şantundan döyüşçüdür..
Süjet Şanxay rayonlarından biri iki dənə cinayətkar dəstə tərəfindən idarə olunur. Həmin dəstələrdən birinin rəhbəri Çen Baoqen, digərinin rəhbəri isə Yuy Çjenxendir. Bir gün, Yuy Çjenxenin oğlu Yuy Syaokay kart oyununda məğlub olur və bütün pulunu öz cinayətkar dəstəsinə sahib olan Çou Lyanxuana uduzur. Buna qəzəblənən Yuy yoldaşlarını bu problemi həll etmək üçün Çounun yanına yollayır, ancaq onlar müvəffəqiyyətsiz olurlar. Həmin gün, Çou Syaoka Şen Çzyuyfan adlı bir qıza aşiq olur. Eyni zamanda, digər cinayətkar dəstənin rəhbəri Çen Baoqen rəqibinin başqa cinayətkar dəstələrlə olan münaqişəsindən faydalanmaq üçün qaranlıqda qalır. Yuyun və Çounun cinayətkar dəstələri gərginliyin azalması üçün bir-birlərinə güzəştə gedirlər, ancaq bu da bir işə yaramır. Film Çen Baoqen və Çou Lyanxuanın cinayətkar dəstələrinin arasında baş verən bir döyüşlə sona çatır.
Rollarda
İstinadlar
Xarici keçidlər
«Dəmirdən adam» Hong Kong Movie DataBase saytında. «Dəmirdən adam» HKcinema.ru saytında.
Kateqoriya:1972-ci ilin filmləri Kateqoriya:Honkonqun döyüş filmləri Kateqoriya:Honkonqun dram filmləri Kateqoriya:1970-ci illərin döyüş filmləri Kateqoriya:1970-ci illərin dram filmləri Kateqoriya:Mandarin dilində filmlər Kateqoriya:Döyüş incəsənət filmləri