Natiq Adil oğlu Məmmədov () — azərbaycanlı yazıçı, jurnalist, tarixçi. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini.

Həyatı və Fəaliyyəti 1977-ci il mayın 5-də Azərbaycan SSR-in Jdanov rayonunun (indiki Beyləqan rayonu) Birinci Şahsevən kəndində anadan olmuşdur. 1998-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Daha sonra həmin fakültənin əyani aspiranturasında təhsil almışdır. 2006-cı ildə “Mərkəzi Asiyada müstəqil türk dövlətlərinin yaranması və Türkiyə ilə qarşılıqlı əlaqələri (1991–2001-ci illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

1990-cı illərin ikinci yarısından etibarən jurnalistika sahəsində fəaliyyət göstərir. Müxtəlif kütləvi informasiya vasitələrində baş redaktorun müavini, baş redaktor və digər vəzifələrdə çalışmışdır. Mətbuat tarixi və ictimai fikir tarixinə dair araşdırmaların, eləcə də oçerklərin müəllifidir. Onun təşəbbüsü və redaktorluğu ilə Azərbaycan mətbuat irsi və ictimai fikir tarixinə həsr olunmuş bir sıra nəşrlər işıq üzü görmüşdür.

Bədii yaradıcılıqla da məşğuldur. “Ləyaqət düsturu” (hekayələr toplusu, 2012) və “Körpüdə ümid” (roman, 2014) kitablarının müəllifidir. “Dolma” adlı hekayəsi 2010-cu ildə Nəsimi Milli Ədəbiyyat Mükafatına layiq görülmüşdür. “Bekketə salam” hekayəsi 2014-cü ildə türkdilli ölkələrin yazarları arasında keçirilən Mahmud Kaşğarlı Beynəlxalq Hekayə Müsabiqəsinin milli seçim turunda ikinci mükafata layiq görülmüşdür. “Körpüdə ümid” romanı isə 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəsr nominasiyası üzrə “Qızıl kəlmə” mükafatını almışdır.

Əsərləri 2012 — "Ləyaqət düsturu" – hekayələr toplusu 2014 — "Körpüdə ümid" – roman 2016 — "Dumana bürünmüş" – pyes 2017 — "Əmanət" — pyes 2017 — "Bekketə salam" – hekayələr toplusu 2018 — "Müqəvva" — pyes

Mükafatları 2009-cu il "Nəsimi" Milli ədəbiyyat mükafatı. 2010-cu il Azərbaycan respublikasının Əməkdar jurnalisti. 2012-ci il Azərbaycan Mətbuat Şürasının Ali Media Mükafatı. 2015-ci il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatı

İstinadlar

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycanlı dramaturqlar