Neva Çiftçioğlu Banes () — Biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, astrobioloq.

Ç. B. Neva NASA-da işləyən ilk Türkiyə vətəndaşı . Tibb üzrə Nobel Mükafatına namizədliyinin irəli sürülməsi hadisəsi yalnız bir iddiadır və bu barədə heç bir sənəd və ya şahid yoxdur.

Təhsili 1985-ci ildə Hacəttəpə Universitetinin Biologiya fakültəsindən məzun olmuşdur. Eyni il Ankara Universiteti Tipp fakültəsində mikrobiologiya sahəsində magitr təhsilinə başlamış və doktorantura təhsilini də orada almışdır.

Elmi fəaliyyəti 1991-ci ildə Finlandiyanın Kuopio Universitetinin biotexnologiya sahəsində işləməyə başlamış və eyni universitetdə dosent adını almışdır. Doktor Olavi Kajander ilə vücuddakı ərplənmələrə səbəb olan nanobakteriya adını verdikləri yeni bir mikro-orqanizmanı izoliyasiya etməyi bacarmışdır. Çiftçioölu və Kajander ikilisinin nəzəriyyəsinə görə bilinməyən insan xəstəliklərinin 25 faizində olan patalojik kalsifikasiyalar (ərplənmə) nanobakteriyalar tərəfindən başladılır. Bu iddia sonradan elmi ictimaiyyət tərəfindən rədd edildi. Elmi nəşrlər göstərib ki, nanobakteriyalar mövcud deyil. Nanobakteriyalara dair heç bir sübut tapılmadı

Neva Çiftçiolğlu dünyanın bir çox universitetindən təkliflər alaraq oralarda elmi fəaliyyət göstərmişdir. Bu günə qədər on ədəd beynəlxalq mükafata layiq görülmüşdür. Onun fəaliyyəti NASA-nın diqqətini çəkmiş və ona edilən təklifi qəbul edərək NASA-nın Astrobiologiya İnistitutuna həqiqi üzv kimi qəbul edilmişdir. 2001-ci ildə NASA-nın Conson Kosmik Mərkəzinə keçmişdir. Hal-hazırda NASA-da elm müşaviri olaraq işləməkdədir. NASA ilə əlaqələri çoxdan bitib. Hazırda heç bir qurumda işləmir.

Mükafat və namizədliklərı Skandinav Elm mükafatı. Nobel Tibb mükafatı namizədliyi. Lakin bu mükafata öz ifadəsindən başqa heç bir dəlil yoxdur. Haliç Rotary klubu tərəfindən Elm-peşə mükafatı

İstinadlar

Kateqoriya:Qadın alimlər Kateqoriya:Türkiyə bioloqları Kateqoriya:Türkiyə professorları