Sərdar Ünsal (; ) — köşə yazarı, jurnalist, müəllim və İğdır Azərbaycan Evinin rəhbəri.

Bioqrafiyası 1956-cı ildə İğdırda anadan olmuşdur. İlk orta təhsilini İğdırda almışdır. Daha sonra Balıkesir Necatı bəy Təhsil İnistitutunun Türkcə bölümünü bitirmişdir. Sonra Əskişəhər Anadolu Universitetinin Türk dili və Ədəbiyyatı bölümündən məzun olmuşdur. Konya və İğdırda müxtəlif məktəblərdə müəllimlik və idarəçilik etmişdir. 1973-cü ildən etibarən müxbirlik, jurnalistlik və köşə yazarlığı ilə də məşğuldur. Keçmişdə Sabah, Akşam, Tərcüman, Anadolu Ajansının İğdır müxbirliyini etmişdir. Hal-hazırda da TRT İğdır bölgə təmsilçisidir. Doğu Anadolu Jurnalistlər Cəmiyyətindən müxtəlif mükafatlar almışdır. Doğu Anadolu Jurnalistlər Federasiyası üzvü, İğdır Jurnalistlər Cəmiyyəti Başqan müavini, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Fedrasiyası Başqan müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəridir.

Əsərləri Ürəyim İrəvanda qaldı Azərbaycan şərqi və türküləri Ürəyim Xocalıda qaldı Yaşayanların gözü ilə Erməni zülmü Qapımızdakı təhlükə: saatlı bomba Metzamor İğdırda yaşayan Cəfərilərin adər və ənənələri

İstinadlar

Xarici keçidlər Göstəriləcək mətnSərdar Ünsal: "Heydər Əliyev türk dünyasının ən böyük liderlərindən biridir" Kateqoriya:Türkiyə jurnalistləri Kateqoriya:Türkiyə azərbaycanlıları