2018-ci ildə Türkiyə Respublikasında ümumi seçkilər — Türkiyə Respublikasında həm prezident postu, həm də parlament üçün keçirilməsi nəzərdə tutulan III rəsmi ümumilli seçki. Növbədənkənar seçkilər 3 noyabr 2019-cu ildə keçiriləcəkdi, ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 18 aprel 2018-ci ildə verdiyi qərar ilə seçkilər 24 iyun 2018-ci ildə keçirilmişdir. Prezident seçkiləri mütləq əksəriyyət sistemi ilə keçiriləcək. Birinci seçkilər 24 iyunda, ikinci seçkilərsə, zəruridirsə, 8 iyulda keçiriləcək. Parlament seçkiləri Türkiyə Böyük Millət Məclisinə 600 millət vəkili seçmək üçün keçiriləcək.

Arxaplan

Konstitusiya referendumu

İqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP və ya AK Parti) və Rəcəb Tayyib Ərdoğan Türkiyənin Dövlət Quruluşunu parlament sistemindən icraedici prezidentlik sisteminə dəyişdirəcək bir siyasəti dəstəkləyirdi. Milliyətçi Hərəkat Partiyasının (MHP) dəstəyi ilə hökumət parlamentdə referendum həyata keçirmə qərarını qəbul edə bilmişdi. Qəbul edilən qərara görə referendum 16 aprel 2017-ci ildə keçiriləcəkdi.

İrəli sürülən konstitusiya dəyişiklikləri təklifinə görə parlament və prezident seçkiləri hər beş ildən bir eyni gündə keçiriləcəkdi. Böyük Millət Məclisindəki ümumi millət vəkillərinin sayının 550-dən 600-ə yüksəldilməsinə baxmayaraq, parlamentin qanunverici qüvvələri olduqca azaldılmışdı. Türkiyə Respublikası Prezidenti postu ölkəni fərman sistemi ilə idarə etmək hüququnu əldə edəcəkdi və həm dövlətin, həm də hökumətin başçısı olacaqdı. Dəyişikliklərin tərəfkeşləri yeni sistemin hökumət sistemini daha səmərəli edəcəyini, tədqidçiləri isə prezidəntə həddindən artıq çox səlahiyyət verəcəyini və parlamenti səlahiyyətsiz buraxacağını iddia edirdi.

Rəsmi mənbələrə görə lonstitusiyasında dəyişikliklərin edilməsi barədə keçirilən referendum 51–49% nisbəti və qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Buna baxmayaraq, seçki qaydalarına referendumun son dəqiqələrində Ali Seçki Komitəsi tərəfindən əlavə edilən dəyişiklər yoxlanılmamış bülletenləri də referendumun nəticəsinə yerləşdirməyə icazə vermişdir. Müxalifət bu qərarın referenduma 1.5 milyon əlavə seçki bülletenini yerləşdiyini iddia edirdi. Siyasi müxalifət qərarın alınmasının qeyri-qanuni olduğunu irəli sürmüşdür. Bu tənbehlər referendumun beynəlxalq standartlar səviyyəsində keçirilmədiyini iddia edən bir neçə xarici müşahidəçi təşkilat tərəfindən dəstəklənmişdi. Nə olursa olsun, sonradan həyata keçirilən hüquqi etirazların hamısı müvəffəqiyyətsiz olmuşdur.

Növbədənkənar seçki Prezident və parlament seçkilərinin iki il sonra keçirilməsinin planlaşdırılmasına baxmayaraq, bir çox müşahidəçi təşkilat hökumətin 2017-ci il referendumundan sonra növbədənkənar bir seçki keçirilməsi üçün hazırlaşdığını iddia etmişdir. Bu, müşahidəçilərin iddialarına görə, icraedici prezidentlik sisteminin həyata keçirilməsi prosesinin sürətləndirilməsi və müxalifət hərəkatlarının populyarlığını azaltmaq üçün edilmişdi. 2017-ci ilin oktyabr ayında müxalifət lideri Kamal Kılıçdaroğlu növbədənkənar seçkilərin keçirilməsini tələb etmiş, lakin hökumət bu tələbə cavab verməmişdir. İYİ Partiyanın rəhbəri Maral Ağşənər hökumətin 15 iyul 2018-ci ildə, 2016-cı ildə baş verə dövlət çevrilişinə cəhdin ikinci ildönümündə növbədənkənar seçkilər keçirmək istədiyini iddia etmişdir. Partiya ilk adi konqresini 10 dekabr 2017-ci ildə, ilk qeyri-adi konqresini isə 1 aprel 2018-ci ildə keçirmişdir. Aylarla davam edən müxtəlif spekulyasiyalara baxmayaraq, hökumət tez-tez seçkiləri nəzərdə tutulmuş tarixdə keçicəyini bəyan etmişdir.

17 aprel 2018-ci ildə Milliyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı seçkilərin 26 avqust 2018-ci ildə keçirilməsini tələb etmişdir. Baxçalı qüvvədə olan prezidentin – Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsini dəstəklədiyini əvvəlcədən açıqlamışdı. Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AK Parti) MHP ilə Cümhur İttifaqı adlı bir ittifaq quracağını açıqlamışdı. Baxçalı növbədənkənar seçkilərin keçilməsini tələb etdikdən sonra, 18 apreldə Ərdoğanla bir görüş keçirmişdir. Bu görüşdən sonra, Ərdoğan AK Parti və MHP partiyalarının davam etməkdə olan siyasi və iqtisadi qeyri-müəyyənliyi həll etmək üçün növbədənkənar seçkiləri keçirmək qərarını aldıqlarını açıqlamışdır. Beləliklə, Ərdoğan növbədənkənar seçkilərin 24 iyun 2018-ci ildə keçiriləcəyini açıqlamışdır.

Prezident seçkiləri

Namizədlər Seçki bülletenlərindəki görünmə sırasına görə prezidentliyə namizədlərin rəsmi siyahısı I II III IV V VI 150x150px 150x150px center|150x150px 150x150pxalt=|151x151px center|150x150px Məhərrəm İncə Meral Akşener Rəcəb Tayyib Ərdoğan (qüvvədə) Səlahəddin Dəmirdaş Təməl Qaramollaoğlu Doğu Pərinçək CHP İYİ Partiya AK Partiya HDP Səadət Vətən

Nəticələr

Parlament seçkiləri

Partiyalar Bülleten № Koalisiya Partiya İdeologiya Rəhbər I Cümhur İttifaqı AK Parti Ədalət və İnkişaf PartiyasıAdalet ve Kalkınma Partisi Sosial mühafizəkarlıq Rəcəb Tayyib Ərdoğan II MHP Milliyətçi Hərəkat PartiyasıMilliyetçi Hareket Partisi Türk millətçiliyi Dövlət Baxçalı III Yoxdur HÜDAPAR Hür Mübarizə PartiyasıHür Dava Partisi Panislamizm Mehmet Yavuz IV VP Vətən PartiyasıVatan Partisi Solçu millətçilik Doğu Pərinçək V HDP Xalqların Demokratik PartiyasıHalkların Demokratik Partisi Azlıq hüquqları Pərvin BuldanSəzai Təməlli VI Millət İttifaqı CHP Cümhuriyyət Xalq PartiyasıCumhuriyet Halk Partisi Atatürkçülük Kamal Kılıçdaroğlu VII SP Səadət PartiyasıSaadet Partisi İslamçılıq Təməl Qaramollaoğlu VIII İYİ İYİ Partiyaİyi Parti Liberal mühafizəkarlıq Meral Akşener

Nəticələr

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2018-ci ildə Türkiyə

Kateqoriya:2018-ci ildə seçkilər