Əzizbəyov — Azərbaycanda daha çox işlədilən soyad.
Məşədi Əzizbəyov — peşəkar inqilabçı. Şamil Əzizbəyov — Azərbaycan-sovet geoloqu, geologiya–mineralogiya elmləri doktoru (1943), professor (1944) Xudadat bəy Əzizbəyov — müəllim, tərcüməçi.
Yaşayış məntəqələri Əzizbəyov rayonu (dəqiqləşdirmə) Əzizbəyov rayonu — Bakı şəhərinin inzibati bölgüsünə daxil olan Xəzər rayonunun 1966-cı ildən 11 may 2012-ci ilədək istifadə olunmuş rəsmi adı. Əzizbəyov rayonu — Ermənistan SSR-in inzibati bölgüsünə daxil olan Vayk rayonunun 12 oktyabr 1956-cı ildən 1991-ci ilədək istifadənolunmuş rəsmi adı. Əzizbəyov rayonu — Bakı şəhərinin inzibati bölgüsünə daxil olan Qaradağ rayonunun 1963-cü ildən 1966-cı ilədək istifadə olunmuş rəsmi adı.
Əzizbəyov (Ermənistan) — Qərbi Azərbaycanın Dərələyəz mahalı ərazisində şəhər. Əzizbəyov (Amasiya) — Qərbi Azərbaycanın Şörəyel mahalı ərazisində kənd (Qaraçanta). Əzizbəyov (kənd, Göygöl) — Xanlar rayonunda kənd. 26 iyul 1994-cü ildə Xasabağ qəsəbəsi ilə birləşdirilərək Əzizbəyov qəsəbəsi təşkil olunmuşdur. Əzizbəyov (qəsəbə, Göygöl) — Xanlar rayonunda qəsəbə. 5 oktyabr 1999-cu ildən Hacıməlik qəsəbəsi adlanır. Əzizbəyov (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Əzizbəyov bələdiyyəsi — Azərbaycan Respublikasının Goranboy rayonunda bələdiyyə.
Digər Məşədi Əzizbəyov metrostansiyası — İndiki Koroğlu metrostansiyasının əvvəlki adı.
Kateqoriya:Soyadlar